525.Az

Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu


 

Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu<b style="color:red"></b>

Dünən Almaniya Beynelxalq Əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının bələdiyyələrdə təmsil olunan qadınların rolunun yaxşılaşdırılması üçün nəzərdə tutulan DAYAQ Mentorluq layihəsinin iştirakçılar üçün verdiyi kiçik maliyyə vəsaiti ilə Qaraçuxur bələdiyyə üzvü Leyla Cahangirova "Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu" adlı dəyirmi masa həyata keçirib.

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon Təşkilatının inzibati binasında həyata keçirilən tədbirdə nüfuzlu ictmai-siyasi xadimlər, media nümayəndələri, psixoloqlar, müəllimlər, şagirdlər və tələbələr, o cümlədən, Suraxanı rayonu ictimaiyyətinin məsul şəxsləri və sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan L.Cahangirova  respublikamızda həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdəki rolundan, məqsəd və vəzifələrindən bəhs etdi.

Psixoloq- təlimçi Gülnarə Muxtarova isə xanımların cəmiyyətin sosial və siyasi həyatında aktiv iştirak etmələri üçün öz daxili potensiallarını kəşf etməli olduğunu vurğuladı, onlarda psixoloji baryerlərin ortadan qalxması üçün kiçik tetslər etdi.

Daha sonra Milli Məclisin deputatı Fərəc Quliyevin köməkçisi, jurnalist Həbib Ələkbərov,  Yeni Azərbaycan Partiyasının sədr müavini Fərman Rəsulov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin müşaviri və “Mənim təhsilim, mənim gələcəyim” layihəsinin ideya müəllifi Rövşən Nəcəfov, Qaraçuxur Bələdiyyəsinin sədr müavini Əvəz Mirzəyev və digərləri mövzu ilə bağlı ətraflı məlumatlar verərək, bununla bağlı dünya təcrübəsindən danışıblar.

Sonda tədbir iştirakçıları mövzu ətrafında diskussiya apardılar.

Ceyhun ABASOV

 





16.12.2016    çap et  çap et