525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq?<b style="color:red"></b> Dekabrın 18-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub  küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 2°şaxtadan 1°-dək isti, gündüz  3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə  85-95 %, gündüz 50-55% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
 





17.12.2016    çap et  çap et