525.Az

Bakıda iqlim normasından 5 dərəcə yüksək temperatur qeydə alınıb


 

Bakıda iqlim normasından 5 dərəcə yüksək temperatur qeydə alınıb<b style="color:red"></b>

“Bu gün saat 12:00-da Bakı və Abşeron yarımadasında havanın optimal temperaturu 22 dərəcə isti təşkil edib.

Bununla da paytaxtda temperatur iqlim normasından 5 dərəcəyədək yüksək olub”.
 
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
 
O bildirib ki, ölkə ərazisində cənub küləyinin əsməsi ilə əlaqədar temperatur rejimində yüksəlmə müşahidə olunub: “Temperatur iqlim normasından yüksək olsa da, bu, anomal istilik deyil. Belə ki, ötən gün paytaxtda havanın temperaturu iqlim normasından 4,7, bu gün isə 5 dərəcəyədək yüksək olub”.
 
A. Verdiyev qeyd edib ki, ölkə ərazisində isti hava şəraitinin yaxın 2-3 gün ərzində davam edəcək.

 





05.04.2013    çap et  çap et