525.Az

Milli Turizm Təbliğat Bürosu yaradılacaq


 

Milli Turizm Təbliğat Bürosu yaradılacaq<b style="color:red"></b> Azərbaycanda 2017-ci ildə Milli Turizm Təbliğat Bürosu yaradılacaq.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
 
Büronun yaradılması Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Büronun fəaliyyəti nəticəsində 2020-ci ildə 5 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 10 milyon manat əlavə dəyər yaranması proqnozlaşdırılır.

Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmə sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılacaq.

Bütün əsas tədbirləri əlaqələndirmək üçün Bakı şəhəri üzrə turizm təqvimi də yaradılacaq.
 





17.12.2016    çap et  çap et