525.Az

Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifələr təsis edildi


 

Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifələr təsis edildi<b style="color:red"></b>

Bu gün Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklər edilib.

Lent.az-ın xəbərinə görə, qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılmasını, səfir müavininin baş konsulun statusunun eyniləşdirilməsini nəzərdə tutur. Eyni zamanda səfir müavini, daimi nümayəndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müəyyənləşdirilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 





05.04.2013    çap et  çap et