525.Az

Bakıda yaşayış binasında yanğın: 20 nəfər təxliyə edildi


 

Bakıda yaşayış binasında yanğın: 20 nəfər təxliyə edildi<b style="color:red"></b> Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.
 
Yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə olunub.
 
Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





19.12.2016    çap et  çap et