525.Az

Qafqaz Universitetində dini radikalizm və onun fəsadları müzakirə olundu


 

Qafqaz Universitetində dini radikalizm və onun fəsadları müzakirə olundu<b style="color:red"></b>

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Qafqaz Universitetində görüş keçirilib.

Görüşdə ölkəmizdə dini məsələlərə dövlət yanaşmasından,dini radikalizm və onun törətdiyi fəsadlardan danışıblar. Universitetin müəllim - tələbə koollektivi ilə yanaşı Komitə sədri Mübariz Qurbanlı və komitə sədrinin müavini Siyavuş Heydərov iştirak edib. Seminardan əvvəl Fitnə filmi izlənilib.

Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov Azərbaycanın tolerant ölkə olduğunu, burada yaşayan xalqların öz adət ənənələrini və dinlərini rahat bir şəkildə yaşaya bildiklərini diqqətə çatdırıb. Rektor əsasını Umummilli Liderimiz Heydər Əliyevin qoyduğu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Multikulturalizm siyasətinin dünyada gedən proseslərə çarə olduğunu qeyd edib. Multikulturalizm siyasəti Azərbaycan nümunəsində bir daha sübut edir ki, müxtəlif dinlərdən və irqlərdən olan xalqlar bir arada sülh şəraitində yaşaya bilərlər. Komitə tərəfindən çəkilən “ Fitnə” filmi gənclərin din adı altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.

Komitə sədri Mübariz Qurbanlı qeyd edib ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gündə dünyada islam dinin yayılmasının və islam ölkələrinin inkişafının qarşısının alınması üçün islam pərdəsi altında dini radikalizmdən istifadə edilir. İslam dini əslində günahsiz insanların öldürülməsinə , savadsızlığa qarşıdır. Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan gəncləri dini ekstremizmlə, terrorizmlə mübarizədə həmrəylik və mübarizlik nümayış etdirməlidir. Komitə sədrinin sözlərinə görə, ölkəmizin gəncliyi azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə, humanizm və sülhsevərlik prinsiplərinə sadiq olmalı, Azərbaycanda yaşayan bütün xalqların sarsılmaz birliyinə daim öz töhfəsini verməlidir. Gənclərimiz vətəndaşlarımızın dini ehtiyaclarının təmin olunması üçün dövlətimizin yaratdığı şəraiti düzgün dəyərləndirməli, dini etiqad azadlığından yalnız respublikamızın inkişafı və xalqımızın rifahı naminə yararlanmalıdır. M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur. Həmin radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etmək üçün çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir.

Dövlət din münasibətlərindən danışan komitə sədri bildirib ki, ölkəmizdə islamın düzgün təbliğ olunmasına çalışırıq. Azərbaycanda mənsəblər arası vəhdət dünya üçün örnəkdir. Dini radikalizm və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları da vacib şərtlərdəndir. Gənclərimizin belə

fitnələrin qurbanına çevrilməməsi üçün “ Fitnə ” filmi çəkilib. Növbəti film isə “ Şəhadət ” adı ilə hazırlanır. Yeni filmdə isə övladları fitnələrin qurbanina çevrilmiş ailələrlə Aprel döyüşlərində şəhid olmuş gənclərimizin ailələri arasında müqayisə aparılır. Sonda tələbələrin mövzu ilə əlaqəli sualları cavablandırılıb.

Sabir Baxşalıyev

 





19.12.2016    çap et  çap et