525.Az
Arif Mehdiyevlə vida mərasimi sabah AMEA-da keçiriləcək
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasiminin vaxtı açıqlanıb.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Mehdiyevlə vida mərasimi sabah saat 14.00-da AMEA-nın Əsas binasında baş tutacaq.
Ailəsindən APA-ya bildirlib ki, A. Mehdiyev II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, A. Mehdiyev uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib.
19.12.2016
çap et