525.Az

Prezident: "Bu qanlı terror cinayətini qeyd-şərtsiz pisləyirik"


 

Prezident: "Bu qanlı terror cinayətini qeyd-şərtsiz pisləyirik"<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
 
APA-nın xəbərinə görə, prezidentin başsağlığı məktubunda bildirilir:

“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik.


Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
 





19.12.2016    çap et  çap et