525.Az

Prezidentə təbrik məktubları gəlir


 

Prezidentə təbrik məktubları gəlir <b style="color:red"></b> Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
APA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.
 
Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.
 
Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.
 
Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.
 
Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.
 
Çin Xalq Respublikasının sədri Si Cinpin də Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb.
 
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident.
 
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.
 
Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.
 
Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.
 
Sizə möhkəm cansağlığı arzulayıram".
 
Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov, Belarus prezidenti Aleksandr Lukaşenko, Monteneqro prezidenti Filip Vuyanoviç və Bolqarıstan prezidenti Rosen Plevneliyev də Azərbaycan dövlət başçısını ad günü münasibətilə təbrik ediblər.
 
Qeyd edək ki, dekabrın 24-də prezident İlham Əliyevin 55 yaşı tamam olur.
 





22.12.2016    çap et  çap et