Milli Qəhrəman Ələkbər Əliyevin xatirəsinə
İlk dəfə Həkəri sahilində mən,
Öz doğma yurdunda, öz elində mən
Əsgər geyimində görmüşəm Onu -
Vətəndaş Ələkbər Həsən oğlunu.
Qalıb yaddaşımda buludlu səhər,
Cəsurlar sıraya düzülmüşdülər;
Xoş sözü dilimin ucunda qalıb,
Əlinin istisi ovcumda qalıb.
Andına, işinə rəvac verərək,
Türklərdən tələsib Laçın tərəfə;
Xeyli yırtıcını yerə sərərək,
Özü həmişəlik düşdü tarixə.
Adını, eşqini bu gün şəhidin
Can, ömür sirdaşı Reyhan yaşadır;
Xəyal bəy, Xəyalə, Esmira, Ruhin,
Ata sevgisini hər an yaşadır.
Fikrimdən keçəni cahana deyim:
Getməyib ardınca şöhrətin, şanın;
Bakıda əbədi məskunlaşanın
Yaşı otuz yeddi qalacaq daim.
Ölkələr dolaşsın nikbin səs-səda:
Gələcək - uğurlu zəfərli çağdır.
Ələkbər yurd yeri Muradxanlıda
Möhtəşəm heykəltək ucalacaqdır!