525.Az

Suriya ordusu Hələbi tam nəzarətə götürdü


 

Suriya ordusu Hələbi tam nəzarətə götürdü<b style="color:red"></b> Suriyanın Hələb şəhəri müxalifət qüvvələrindən tamamilə təmizlənərək ordunun nəzarətinə keçib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusu komandanlığının bəyanatında bildirilir.
 
“Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edir”, - deyə bəyanatda qeyd edilib.
 
Qeyd edək ki, bu gün müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib.
 





23.12.2016    çap et  çap et