525.Az

Moskvada azərbaycanlı ata və oğul yandırıldı


 

Moskvada azərbaycanlı ata və oğul yandırıldı<b style="color:red"></b> Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb.
 
APA-nın məlumatına görə, hadisə dekabrın 15-də baş verib.
 
Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb.

Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb.
 
Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır.
 





23.12.2016    çap et  çap et