525.Az

“Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil”


 

“Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil”<b style="color:red"></b>

Dekabrın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Dillər Universiteti (ADU) ilə birgə “Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil” mövzusunda dəyirmi masa təşkil edib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, ADU-nun İnformasiya-Resurs Komleksində (İRK) keçirilən tədbirdə ABŞ səfirliyinin, təşkilatçı qurumların nümayəndələri və ADU-nun müəllim-tələbə heyəti iştirak edib.

“Dəyirmi masa”nı İRK-in direktoru Şəhla Xudiyeva açaraq rəhbəri olduğu qurumun yaranma tarixindən, fəaliyyətindən söz açıb. Direktor ABŞ və Azərbaycan multikulturalizminin müqayisəli təhlilinə həsr olunmuş dəyirmi masanı əhəmiyyətli addım kimi dəyərləndirib.

ADU-nun tərbiyə işləri üzrə rektoru, professor Ələddin Əliyev multikulutralizmin müasir dövrdə, dünyada gərginlik yaşanan bir vaxtda çox aktual məsələ olduğunu qeyd edib və belə tədbirlərin multikultural ideyaların təbliği və təşviqi istiqamətində görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib.

BBMM-in icraçı direktoru, professoru Azad Məmmədov ADU-nu multikultural ənənlərin daşıyıcısı olan universitetlərdən biri kimi səciyyələndirib. İcraçı direktor bu universitetin iki əməkdaşının hazırda Portuqaliya və İndoneziyada Azərbaycan multikulturalizmi fənnini tədris etdiyini xatırladıb: “Müxtəlif ölkələrin multikulturalizm modellərini müqayisə edərkən “pis” yaxud “yaxşı” təyinlərini işlətmək doğru deyil. Belə müqayisələr zamanı fərqlilikləri və oxşarlıqları səciyyələndirmək məqsədəuyğundur. Məsələn, ABŞ multikulturalizmi “Qaynayan qazan” modelini özündə ehtiva edir, Azərbaycan multikulturalizmi modeli isə tarixi ənənələrə söykənir”.

ABŞ-ın Fulbrayt proqramının iştirakçısı Dr. Melda Yıldız ABŞ-da təhsilin multikultural aspektlərindən danışıb.

BBMM-in yerli və xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi üzrə İndoneziyanın Qadcah Mada Universitetində sözügedən fənni keçən professor Həbib Zərbəliyev “Azərbaycan multikulutralizmi fənninin xarici ali məktəblərdə tədrisi” mövzusunda məruzə ilə çıxış edib.

Professor Rəfail Həsənov “Amerikada erkən məskunlaşmalar və multikulturalist yanaşmalar”, AMEA-nın aparıcı elmi işçisi Elsevər Səmədov “Birgəyaşayış fəlsəfəsi: özünütəcriddən harmoniyaya doğru” mövzusuna həsr olunub.

BBMM-in sektor müdirləri Rəşad İlyasov “Azərbaycan multiklturalizminin ədəbi və fəlsəfi qaynaqları”, Sərxanbəy Xudiyev “Multikulturalizm siyasəti təcrübədə” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Azərbaycan və ABŞ multikulturalizm modellərinin müqayisəli təhlili ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

 





23.12.2016    çap et  çap et