525.Az

Olimpiya çempionları üçün təqaüdün məbləği artırıldı


 

Olimpiya çempionları üçün təqaüdün məbləği artırıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
 
APA-nın məlumatına görə, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300  manat müəyyən edilib.
 
Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
 





23.12.2016    çap et  çap et