525.Az

Qarabağ Seyid Ocaqlarının rəhbəri İlham Əliyevi təbrik etdi


 

Qarabağ Seyid Ocaqlarının rəhbəri İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Azərbaycan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Uca Yaradanın adı ilə!

Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə şəcərəsi bəlli Azərbaycan Əhli-Beyt təmsilçiləri olan Seyid Ocaqları adından səmimi qəlbdən dualarımla təbrik edirəm. Allah-Təaladan Zati-alinizə dövlətimizin bütövlüyü, millətimizin birlik və bərabərliyi yolunda güc və qüvvət diləyirəm. 

Cənab Ali Baş Komandan!

Bu ilin aprel ayında cəbhə xəttində ermənilərin hücumu zamanı Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığının bir daha şahidi olduq. Məhz Ordumuzun bu qüdrətinin və hərbçilərimizin rəşadətinin arxasında Ali Baş Komadan kimi Sizin uzun illərdən bəri Qarabağın azadlığı uğrunda apardığınız məqsədyönlü siyasət dayanır. Belə bir tarixi məqamda Xalq və Prezident həmrəyliyinin nə qədər sarsılmaz olduğunun şahidi olduq. Şəcərəsi bəlli Əhli-Beyt təmsilçisi kimi Allah-Təaladan doğma Qarabağımızın azadlığı naminə bu həmrəyliyin pozulmamasını, millətimizin və dövlətimizin düşmənlərinə heç bir vaxt fürsət verməməsini diləyirəm!

Hörmətli Prezident!

Sizin sayənizdə Azərbaycanda tolerantlıq və multikultural dəyərlər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Tərəfinizdən 2016-cı ilin “Multikulturalizm ili” kimi qeyd edilməsi ilə bağlı verdiyiniz Sərəncam Azərbaycanın tolerant dəyərlərinin bütün dünyaya örnək olmasını bir daha təsdiq etmiş oldu.

Cənab Prezident!

Azərbaycanda milli-mənəvi dəyərlərin həqiqi təəssübkeşi Zati-ailinizin olmasını xüsusi qeyd etməyi hər zaman özümə borc bilirəm. Ali-şəxsinizin sayəsində ölkəmizdə tarixi dini abidələr, ziyarətgahlar bərpa olunub, yeni məscidlər inşa edilərək inanclı ölkə vətəndaşlarının istifadəsinə verilib.       

Hörmətli Prezident!

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşünüz zamanı, “Biz müsəlman ölkələrində müsəlmanların bir-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik” fikirləriniz digər müsəlman ölkələrinin rəhbərlərinə bir nümunədir. Bu humanist və cəsarətli çağırışınız ölkəmizin inanclı insanları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Cənab Prezident!

Uca Allahdan Sizə və dəyərli ailənizə sağlam və uzun ömür diləyirəm. Uca Rəbbim ölkəmizin xoşbəxt gələcəyi, xalqımızın birlik və bərabərliyi, insan hürriyəti, ən əsası doğma Qarabağımızın tezliklə işğaldan azadlığı naminə Zati-alinizə hər zaman kömək olsun. Allah-Təala daim Sizi qorusun. Amin!"

 





24.12.2016    çap et  çap et