525.Az

Azərbaycanlı tələbəni İstanbulda maşın vuraraq öldürdü


 

Azərbaycanlı tələbəni İstanbulda maşın vuraraq öldürdü<b style="color:red"></b> Türkiyənin İstanbul şəhərində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı ölüb.
 
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, İstanbuldakı Aydın Universitetində təhsil alan 20 yaşlı Fərman Məmmədli Azərbaycan nömrə nişanlı avtomobillə qəza törədib.

O, İstanbulun Esenler rayonu ərazisində hərəkət edərkən avtomobili yol kənarındakı baryerlərə çırpıb.
 
Avtomobildən çıxan F. Məmmədli yol kənarına qəza üçbucağı qoyarkən başqa bir avtomobil tərəfindən vurulub.

Nəticədə o, hadisə yerində ölüb.
 





24.12.2016    çap et  çap et