525.Az

Olland İlham Əliyevi təbrik etdi


 

Olland İlham Əliyevi təbrik etdi<b style="color:red"></b> Fransa prezidenti Fransua Olland azərbaycanlı həmkarı İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
 
APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
 
Bu xoş fürsətdən istifadə edərək dərinləşən və inkişaf edən ikitərəfli əlaqələrimizin əhəmiyyətini vurğulamaqdan məmnunluğumu bildirirəm. Mən, həmçinin əldə etdiyimiz gözəl nailiyyətlərə görə sevinirəm. Sizin böyük dəstəyinizlə bu il sentyabrın 15-də Bakıda açılan Fransız-Azərbaycan Universiteti buna bir nümunədir.
 
Sonda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram.
 
Cənab Prezident, Sizə bəslədiyim çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
 





24.12.2016    çap et  çap et