525.Az

İlham Əliyevdən Putinə başsağlığı


 

İlham Əliyevdən Putinə başsağlığı <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
 
APA-nın məlumatına görə, prezident İlham Əliyev bildirib ki, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər onu sarsıdıb.
 
Dövlət başçısı Azərbaycanın xalqı adından və şəxsən öz adından Rusiya prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.
 





25.12.2016    çap et  çap et