525.Az

MİDA-nın tərəfdaşlarına bir sıra güzəştlər veriləcək


 

MİDA-nın tərəfdaşlarına bir sıra güzəştlər veriləcək<b style="color:red"></b> 5 il ərzində müəyyən sayda mənzil tikintisini öz üzərinə götürən (məsələn, 500-dən çox mənzil) mənzil-tikinti şirkətlərinə, eləcə də uyğun qiymətə mənzil alan şəxslərə ”Azərbaycan İpoteka Fondu” ASC və Sahibkarlığa Kömək Milli Fondu kimi yerli qurumlar və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və kredit dəstəyi veriləcək.
 
"APA-Economics" xəbər verir ki, bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.
 
Sənəddə qeyd olunub ki, bu, ipoteka bazarının effektivliyinin təmin edilməsi prioriteti çərçivəsində, ipoteka krediti ilə maliyyələşdirmə üzrə hazırlanmış strategiyaya uyğun olaraq həyata keçiriləcək.
 
Bundan başqa, sənəddə uyğun qiymətə mənzillərin tikinti xərclərinin optimallaşdırılması məqsədilə vergi azadolmaları və güzəştlərinin tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulub. Bununla da həmin mənzillərin satış qiymətlərinin daha da azaldılması hədəflənəcək.
 





26.12.2016    çap et  çap et