525.Az

Natiq Kərimovun cinayət işi məhkəməyə göndərildi


 

Natiq Kərimovun cinayət işi məhkəməyə göndərildi<b style="color:red"></b> Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndərilib.
 
Bu barədə APA-ya N. Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib. Vəkilin sözlərinə görə, o və müvəkkili cinayət işinin materialları ilə tanış olub, ittiham aktı istintaq orqanı tərəfindən təsdiqlənib və Bakı Ağır Cinayət Məhkəməsinə göndərilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.
 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi,  dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.
 
N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 





27.12.2016    çap et  çap et