525.Az

İtaliyalı moda fotoqrafı Bakıda mühazirə oxuyacaq


 

İtaliyalı moda fotoqrafı Bakıda mühazirə oxuyacaq<b style="color:red"></b>

Dekabrın 28-də İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə "YARAT" Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, italiyalı fotoqraf ustad dərslərində moda fotoqrafiyası və aspektləri haqqında məlumat verəcək, dünyanın ən lüks brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşəcək.

Mühazirədə hər kəs iştirak edə bilər.

Qeyd edək ki, bir sıra dünya şöhrətli şəxslərin fotoportretlərini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən məşhur moda brendləri ilə əməkdaşlıq edir.

 





27.12.2016    çap et  çap et