525.Az

"Səma" rəqs ansamblı konsert verib


 

"Səma" rəqs ansamblı konsert verib<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Səma" rəqs ansamblının "Multikulturalizm ili"nə həsr olunmuş hesabat konserti keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə "Səma" rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub. Əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Əməkdar İncəsənət Xadimi, cazmen Cavan Zeynallı, tanınmış müğənnilər İzzət Bağırov, Niyam Salami, Günay İbrahimli, Səbinə Əsgərova, Nərminə Paşayeva, "Free life" rəqs qrupu öz ifaları ilə konsert proqramına xüsusi rəng qatıblar.

Konsertdə, həmçinin Gürcüstan Respublikasının Əməkdar artisti Tato Qoderdzishvili və "Xareba" gürcü akademik ansamblı çıxış edib.

Sonda "Səma" rəqs ansamblı və gürcü qonaqlar fəxri fərman və diplomlarla təltif olunublar.

 





27.12.2016    çap et  çap et