525.Az

Minskdə azərbaycanlı karikaturaçının işləri sərgilənir


 

Minskdə azərbaycanlı karikaturaçının işləri sərgilənir<b style="color:red"></b>

Minskdə Əməkdar incəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqından AZƏRTAC-a bildirilib ki, Belarus Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Sözsüz" adlı karikatura sərgisi Yakob Kolas adına muzeydə təşkil olunub. Sərgidə rəssamın 60-a yaxın müxtəlif mövzulu əsəri nümayiş edilib.

Tədbirdə Belarusun Əməkdar İncəsənət Xadimi, Yakob Kolas ev-muzeyinin direktoru Z.Komarovskaya, Belarusun Rəssamlar İttifaqının sədri Q.Sitniça, "Vojak" satirik jurnalının redaktoru A.Korşakeviç, "Belarus" nəşriyyat evinin baş direktoru A.Qarmaza, Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri N.Bağırov, eləcə də Belarusun və Ukraynanın digər tanınmış rəssamları, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri çıxış ediblər. Çıxışçılar bu kimi tədbirlərin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da yüksəlməsinə xidmət edəcəyini xüsusilə vurğulayıblar.

Tədbirdə rəssam Bayram Hacızadəyə iki ölkə arasında dostluğun möhkəmləndirilməsi və karikatura janrının inkişafında göstərdiyi müstəsna xidmətlərə görə Belarusun Mədəniyyət Nazirliyinin və Y.Kolas ev-muzeyinin Fəxri diplomu təqdim olunub.

 





27.12.2016    çap et  çap et