525.Az

Azərbaycan ordusunun zabiti şəhid olub


 

Azərbaycan ordusunun zabiti şəhid olub<b style="color:red"></b> Azərbaycan ordusu cəbhə xəttində daha bir itki verib.
 
Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, aprelin 8-də axşam saatlarında cəbhə xəttinin Ağdam rayonu istiqamətində, Sarıcalı kəndi yaxınlığında erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun hərbçisi 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu şəhid olub. Ş.Məmmədov baş nahiyəsindən aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Məlumata görə, şəhid olmuş hərbçimiz Naxçıvanda anadan olubmuş.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə dünən saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində baş verib. N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.
 





09.04.2013    çap et  çap et