525.Az

26 il məhkumluq həyatı yaşayan şəxs həbsxanada öldü


 

26 il məhkumluq həyatı yaşayan şəxs həbsxanada öldü<b style="color:red"></b> Azərbaycanda daha bir məhbus ölümü baş verib.
 
APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Zaqatala rayon sakini, 1966-cı il təvəllüdlü Nəbiyev Eduard Hikmət oğlu vəfat edib.
 
APA-nın əldə etdiyi məlumata görə, E. Nəbiyev sonuncu dəfə 2013-cü ildə Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının «Xaşxaş - 2013» şərti adı altında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.
 
E. Nəbiyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə olmaqla 7 il 5 ay, törətdiyi digər cinayət hadisələrinə görə ayrı-ayrı vaxtlarda 15 il 7 ay ümumilikdə isə 26 il məhkumluq həyatı yaşayıb.
 





29.12.2016    çap et  çap et