525.Az

Köhnə qaz xətlərinin yenilənməsinə 1,5 milyard manat xərclənəcək


 

Köhnə qaz xətlərinin yenilənməsinə 1,5 milyard manat xərclənəcək<b style="color:red"></b>

Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 515 mln. manat investisiya qoyuluşu tələb olunur.

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.

Sənəddə vurğulanır ki, SOCAR-ın "Azəriqaz" İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.

 





29.12.2016    çap et  çap et