525.Az

Su xətlərinin yenilənməsinə 1,1 milyard manat tələb olunur


 

Su xətlərinin yenilənməsinə 1,1 milyard manat tələb olunur<b style="color:red"></b>

Azərbaycanda yeni su boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 135 mln. manat investisiya qoyuluşu tələb olunur.

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.

Sənəddə vurğulanır ki, investisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir.
 
İçməli və tullantı su infrastrukturunun yaradılması nəticəsində 2020-ci ildə real ÜDM-in 25 mln. manat birbaşa və 15 mln. manat dolayı olmaqla, cəmi 40 mln. manat artacağı proqnozlaşdırılır.
 
Bundan başqa, “Azərsu” ASC yuxarıda göstərilənlərdən əlavə, nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlayıb. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcək.

 





29.12.2016    çap et  çap et