525.Az

"Bankların 8 milyon manat borcu var"


 

"Bankların 8 milyon manat borcu var"<b style="color:red"></b> 2017-ci ilin yanvarın 1-nə bankların faiz və maliyyə sanksiyalarına görə təxminən 8 mln. manatlıq borcu var.
 
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.
 
Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190  min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".
 





29.12.2016    çap et  çap et