525.Az

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb


 

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb<b style="color:red"></b> Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 308,5 mln. kubmetr qaz ixrac edib.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çoxdur.
 
Qeyd edilib ki, cari ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 463,91 mln. kubmetr qaz ixrac edib.
 
Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 14,4% Azərbaycanın, qalanı  isə İran və Rusiyanın payına düşür.
 
2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.
 





30.12.2016    çap et  çap et