525.Az

“Azərbaycan”ın yeni sayı


 

“Azərbaycan”ın yeni sayı<b style="color:red"></b>

“Azərbaycan” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb.
 
Jurnalın ön səhifələrində Xalq yazıçısı Anarın “Sabahın səfiri” ədəbi ssenarisi yer alıb.

“Poeziya” bölməsində Zirəddin Qafarlının, Rəfail Tağızadənin, Xanım İsmayılqızının, Zahid Əzizin, Telman Hüseyninin, Fəridə Hacıyevanın, Sara Selcanın, Əzizi Musanın, Adil Şamiloğlunun şeirləri verilib.
 
“Dünya ədəbiyyatı” guşəsində Alber Kamünün “Düşkünlük” romanı oxuculara təqdim olunub.
 
Nahid Hacızadənin Ənvər Məmmədxanlının 100 illik yubileyi münasibətilə qələmə aldığı “Dayanmaz karvanın sənin”, Nəzmiyyə Axundovanın Cabir Novruzun 80 illik yubileyinə həsr etdiyi “Tükənməyib bəşər hələ” publisistik yazıları da topluda öz əksini tapıb.

Udmurt yazıçısı V. Ar–Serqinin “Sonuncu əmr”i Məmməd Orucun tərcüməsində “Yeni tərcümələr” guşəsində yer alıb. “Yaddaş” başlıqlı səhifədə isə Xalq yazıçısı Mövlud Süleymanlının “Yer üzünə məktub” yazısı verilib. Nəşrin “Xatirələr, duyğular” bölməsinə Qəşəm Nəcəfzadənin “Buruqla söhbət”, “Tənqid və ədəbiyyatşünaslıq” bölməsinə Cavidə Məmmədovanın “Hüseyn Cavid maarifçi və fəlsəfi görüşləri”, Şəlalə Hümmətlinin “Yeni yazanlar nəyi bilməlidir” başlıqlı məqalələri daxil olub.

GÜNEL

 





09.04.2013    çap et  çap et