525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış rəssamlarla görüş - Foto


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış rəssamlarla görüş - <b style="color:red">Foto</b>

Dünən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın bir sıra tanınmış rəssamları ilə görüş keçirilib.

Fondun prezidenti Günay Əfəndiyeva rəssamlara fond barədə məlumat verib, türdilli dövlətlərin mədəniyyətinin və irsinin mühafizəsinin, tanıdılmasının əsas məqsədlərindən olduğunu bildirib.

G.Əfəndiyeva, eyni zamanda, türk dünyasının incəsənət adamlarının, sənətkarların, rəssamların yaradıcılığının təşviq edilməsinin fondun fəaliyyət istiqamətlərindən biri kimi qeyd edib.

Rəssamlar öz növbəsində fondun fəaliyyətinin türk dünyasının mədəniyyətinin qorunması və təbliğ edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Görüş çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də gələcəkdə türk dünyasına xas rəsm əsərlərinin toplanacağı bədii sərgilərin keçirilməsinə, kitab və kataloqların nəşr edilməsinə dair maraqlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Muğam Mərkəzi tərəfindən 2017-ci il üçün hazırlanmış təqvimlər rəssamlara təqdim edilib.

 





31.12.2016    çap et  çap et