525.Az

Naxçıvan-Məşhəd sərnişin qatarı fəaliyyətə başladı


 

Naxçıvan-Məşhəd sərnişin qatarı fəaliyyətə başladı<b style="color:red"></b> Dünən Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb.
 
"Naxçıvan Dəmir Yolları" MMC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, dünən saat 11:00-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvandan İrana yola salınıb.
 
Qeyd edək ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə fəaliyyət göstərəcək. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir.

Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunub və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılıb.

Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır.
 





31.12.2016    çap et  çap et