525.Az

Azərbaycan dili ilə bağlı Dövlət Proqramı qəbul edildi


 

Azərbaycan dili ilə bağlı Dövlət Proqramı qəbul edildi<b style="color:red"></b> Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

525. az-ın AzərTAca-a istinadən verdiyi məlumata görə, sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilib.
 
Nazirlər Kabinetinə  bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
 





09.04.2013    çap et  çap et