525.Az

Ermənilər Füzuli rayonunda qəzaya düşdülər, 20-dən çox erməni əsgəri yaralanıb


 

Ermənilər Füzuli rayonunda qəzaya düşdülər, 20-dən çox erməni əsgəri yaralanıb<b style="color:red"></b> Ermənistanın işğalı altında olan Azərbaycanın Füzuli rayonunda Ermənistanın müdafiə nazirliyinə məxsus hərbi maşın qəzaya düşüb, 20 çox erməni əsgəri yaralanıb.

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, aprelin 8-də erməni işğalı altında olan Azərbaycanın Füzüli rayonunda Ermənistanın müdafiə nazirliyinə məxsus “Sadko” markalı hərbi maşın yolda çalaya düşərək, aşıb.
 
Qəza nəticəsində maşında olan 21 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hərbi hospitala yerləşdirilib. Məlumata görə, xəsarət alanların çoxunun vəziyyəti kafidir.    
 
Fakt üzrə Ermənistanın müdafiə nazirliyinin İstintaq idarəsi araşdırma aparır. 
 





09.04.2013    çap et  çap et