525.Az

Qaz kəmərində baş vermiş yanğın söndürüldü - Yenilənib


 

Qaz kəmərində baş vermiş yanğın söndürüldü - <b style="color:red">Yenilənib</b> Bakıda qaz xəttində baş verən yanğın söndürülüb.
 
Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
*** 09:40
 
2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) 525.az-a verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.
 
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
 
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
 
Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
 





02.01.2017    çap et  çap et