525.Az

Füzulidə tank əleyhinə minanın partladıcısı aşkarlandı


 

Füzulidə tank əleyhinə minanın partladıcısı aşkarlandı<b style="color:red"></b> Bu gün Füzuli rayonu ərazisində tank əleyhinə minanın partladıcısı aşkarlanıb.
 
Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, rayonun Böyük Bəhmənli kəndində  su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd TM-62 tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar edilərək götürülüb.
 
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar–4 yanvar tarixlərinədək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 100 kv.m ərazi yoxlanılıb.
 





04.01.2017    çap et  çap et