525.Az

Türk dillərinin ortaq əlifbası hazırlanacaq


 

Türk dillərinin ortaq əlifbası hazırlanacaq<b style="color:red"></b> Türk dillərinin ortaq əlifbası hazırlanacaq.
 
Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.
  
Proqramda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi 2013-2020-ci illər ərzində türk dillərinin fonetika, leksika və qrammatikasının mü­qayisəli tədqiqi sahəsində işlərin inten­siv­ləş­di­ril­mə­si, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanmasını təmin etməlidir.
 
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2014-cü illər ərzində isə milli transliterasiya standartları əsasında Azərbaycan əlif­basından digər əlifbalara transliterasiyanı həyata ke­çi­rən proqram təminatının hazırlanmasını təmin etməlidir.
 





10.04.2013    çap et  çap et