525.Az

"Bank Respublika"nın İdarə Heyətinin sədri dəyişdi


 

"Bank Respublika"nın İdarə Heyətinin sədri dəyişdi<b style="color:red"></b> Cari ilin yanvarın 3-də “Bank Respublika” ASC-də Müşahidə Şurasının növbədənkənar yığıncağı keçirilib.
 
Bankdan "APA-Economics"ə verilən məlumata görə, iclas zamanı  “Bank Respublika”nın İdarə Heyətinin sədri Xədicə Həsənovanın öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi, Asəf Namazovun isə yeni sədr seçilməsi qərara alınıb.
 
Həmçinin, iclasda səhmdarların növbədənkənar ümumi yığıncağının tarixi 21 fevral 2017-ci il müəyyən edilib. Yığıncaqda, Müşahidə Şurasının tərkibi müəyyən edilməsi nəzərdə tutulub və bankın sabiq sədri Xədicə Həsənovanın bankda fəaliyyətini Müşahidə Şurasının üzvü kimi davam etdirəcəyi planlaşdırılır.
 
“Bank Respublika” ötən il ərzində səhmdar kapitalını 57 mln. manatadək artırmağa nail olub və yüksək likvidlik dərəcəsini qoruyub saxlamaqla öz dayanıqlığını təsdiqləməkdə davam edir.  Hal-hazırda maliyyə sektorunda yeni yaranmış imkanlardan faydalanaraq, müştərilərə müasir bank xidmətləri təqdim etmək məqsədi ilə bankın yaxın illəri əhatə edən yeni strategiyası üzərində iş aparılır.
 





05.01.2017    çap et  çap et