525.Az

Vergilər Nazirliyi yanında yeni yaradılan departamentlərə rəhbər təyin olundu


 

Vergilər Nazirliyi yanında yeni yaradılan departamentlərə rəhbər təyin olundu<b style="color:red"></b> Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamentinə rəhbərlər təyin olunub.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.
 
Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.
 
Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.
 





05.01.2017    çap et  çap et