525.Az
DİN təcridxanada baş verən tüstülənmə ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasında baş verən tüstülənmə ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 4-də saat 18 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasının zirzəmisində qısaqapanmadan tüstülənmə baş verib.
Tüstülənmənin qarşısı alınıb, zərərçəkən olmayıb.
05.01.2017
çap et