525.Az

Ukrayna Azərbaycan neftinin ilk partiyasını qəbul etdi


 

Ukrayna Azərbaycan neftinin ilk partiyasını qəbul etdi<b style="color:red"></b> Dekabr ayının sonunda Ukrayna 80 min ton həcmində "Azeri Light" markalı nefti qəbul edib.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, məhsul "Ukrtatnafta" publik səhmdar cəmiyyətinə məxsus Kremençuq neftayırma zavodunda emal olunacaq.
 
Ümumilikdə, 2017-ci ildə "Ukrtatnafta" 1,3 mln. ton "Azeri Light" markalı neftin qəbulunu planlaşdırır.
 
Neftin nəqledicisi qismində SOCAR çıxış edib.
 
Ötən ilin oktyabr ayından etibarən SOCAR "Ukrtatnafta" üçün İranın qaz kondensatının nəqlini həyata keçirir.
 





05.01.2017    çap et  çap et