525.Az

NİDA üzvünə cəza istəndi


 

NİDA üzvünə cəza istəndi<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
Prokuror E. Qəhrəmanlının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses yanvarın 11-də davam etdiriləcək.
 
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
E. Qəhrəmanlı barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.
 





05.01.2017    çap et  çap et