525.Az

Üç aviareys təxirə salınıb


 

Üç aviareys təxirə salınıb<b style="color:red"></b> Bir neçə xarici ölkədən Azərbaycana yerinə yetirilməli olan aviareyslər təxirə salınıb.
 
"APA-Economics" xəbər verir ki, "ATA Airlines" aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi təxirə salınıb.
 
Bununla yanaşı, İstanbulun "Atatürk" hava limanından Bakıya yerinə yetirilməli olan aviareys də təxirə salınanlar arasındadır. Aviareys "Türk Hava Yolları" (THY) aviaşirkəti tərəfindən saat 01:50-də yerinə yetirilməli idi.
 
"FlyDubai" aviaşirkəti isə saat 00:42-də yerinə yetirilməli olan Dubai-Bakı aviareysini təxirə salıb.
 
İstanbul-Bakı aviareysinin təxirə salınmasına səbəb Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraitidir. Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil.
 





09.01.2017    çap et  çap et