525.Az

Gəncədə məktəbli itkin düşüb


 

Gəncədə məktəbli itkin düşüb<b style="color:red"></b>

Gəncə şəhər 39 saylı orta məktəbin 9-cu sinif şagirdi itkin düşüb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Təranə Hüseynova polisə müraciət edərək oğlu, 1998-ci il təvəllüdlü Anar Piriyevin itkin düşdüyünü bildirib. T. Hüseynovanın sözlərinə görə oğlu məktəbə getmək adı ilə evdən çıxıb və bir daha qayıtmayıb.
 
Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində axtarış tədbirləri həyata keçirilir.

 





10.04.2013    çap et  çap et