525.Az

Bakının bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır


 

Bakının bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır<b style="color:red"></b> Yanvarın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaraçuxur" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
 





09.01.2017    çap et  çap et