525.Az

"Transneft" Azərbaycandan nəqli dayandırdı


 

"Transneft" Azərbaycandan nəqli dayandırdı<b style="color:red"></b> Rusiyanın "Transneft" şirkəti Azərbaycandan Rusiyanın Novorossiysk linanına neft nəqlini dayandırıb.
 
"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.
 
Onun sözlərinə görə, buna səbəb Mahaçqala ərazisində aparılan təmir işləridir.
 
Təmir işlərinin nə vaxt bitəcəyini, o cümlədən nəqlin nə zaman bərpa olunacağı barədə məlumat yoxdur.
 





10.01.2017    çap et  çap et