525.Az

Yapon tədqiqatçılar gövdə hüceyrələrindən nazik bağırsaq yaradıblar


 

Yapon tədqiqatçılar gövdə hüceyrələrindən nazik bağırsaq yaradıblar<b style="color:red"></b>

Yapon tədqiqatçılar insan embrionunun gövdə hüceyrələrindən nazik bağırsaq yaratmağa nail olublar.

Bu uğura Yaponiya Milli Uşaq Sağlamlığı və İnkişafı Mərkəzinin direktoru Hidenori Akutsunun rəhbərlik etdiyi tədqiqatçılar qrupu imza atıb.

Alimlər üç növ xüsusi zülalı insan embrionunun gövdə hüceyrərinə əlavə ediblər. Onların bildirdiyinə görə, bundan sonra 1-2 ay müddətində təqribən bir santimetr uzunluğunda nazik bağırsaq əmələ gəlib.

Tədqiqatçılar qeyd ediblər ki, bu nəticə gələcəkdə nazik bağırsağın ağır xəstəlikləri zamanı yeni müalicə üsullarının tətbiqinə imkan yaradacaq.

AzərTAc

 





13.01.2017    çap et  çap et