525.Az

Pentaqon: “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib”


 

Pentaqon: “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib”<b style="color:red"></b> “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
 
Onum sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
 
“Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyat yanvarın 8-də keçirilib. Bu,  “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının Yəməndə və regionun digər ölkələrində terror aktları hazırlamaq və həyata keçirmək imkanlarını azaldacaq”, deyə P.Kuk bildirib.
 
Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
 





14.01.2017    çap et  çap et