525.Az

Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzatdı


 

Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzatdı<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama 2014-cü ilin martın 6-da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadılmasına dair qərar verib.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
 
“Əvvəlki fərmanlarda göstərilən hərəkətlər və siyasət indiyədək davam etdirilərək, ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə böyük təhlükə yaratmaqdadır”, - deyə məlumatda qeyd olunub. 
 
ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Ötən il, martın 3-də Barak Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzatmışdı.
 





14.01.2017    çap et  çap et